XƏBƏRLƏR

“Tarixi qələbə çox yaxındadır” adlı dəyirmi masa keçirilib

11 aprel, 2019

ADU-nun Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının əməkdaşı  fil.f.d. Məhərrəmova  Gülşənin  təşkilatçılığı ilə 304a qrupu “Tarixi qələbə çox yaxındadır” adlı dəyirmi masa  keçirilib. Tədbirdə  kafedra müdiri dosent  Mehriban Hüseynova, f.f.d. Dürrə Həşimova, f.f.d.Xəyalə Əliyeva  iştirak edib.

 Azərbaycan və Ermənistan  münasibətləri, tarixi faktlar 304a  qrup tələbələrinin ingiliscə hazırladıqları slayd ilə öz əksini tapıb.

Tələbələr dırnaqarası ”Böyük Ermənistan”  dövləti yaratmaq və “erməni soyqırımı” iddiaları ilə yaşayan erməni millətçilərinin 20-ci əsrin əvvəllərində geniş ərazidə dilindən, yaşından və cinsindən asılı olmayaraq, dinc əhaliyə qarşı soyqırımı siyasəti apardıqlarını vurğulayıb, ermənilərin həyata keçirdikləri soyqırımı insanlarla yanaşı, tarixi-mədəni abidələrimizə  qarşı  yönəldiyini qeyd ediblər.

Tələbələr ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı  iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu və ona görə də ermənilərin, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başladıqlarını söyləyiblər.

Slaydda  Azərbaycan  torpaqlarının  ermənilər tərəfindən zəbt edilməsi uzun bir tarixə malik olduğu, tarixi faktlarla göstərilib. Qeyd edilib ki, ermənilər ənənəvi olaraq həmişə özlərinə havadarlar tapıb, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satıb, bunun müqabilində isə özlərinə müxtəlif mükafatlar alıblar. Tarixin bütün dərinliyinə diqqət yönəltdikdə onların xəyanətkar və satqın xarakterlərini və buna müvafiq olan əməllərini müşahidə etmək mümkündür. Öz qərəzli məqsədləri xatirinə istənilən xəyanətə qol qoymaq, tarixi saxtalaşdırmaq bu müllətin öndə gedənlərinin ən səciyyəvi cəhətidir. Regiona tamah salan hər bir yadellinin qulluğunda can-başla durmaq onların peşəkar cəhəti kimi özünü daim büruzə verib.

 Bu torpaqların Azərbaycana məxsus olması açıq,  şübhəedilməsi mümkün olmayan bir faktdır. Ermənilər isə həmin əraziləri havadarlarının hesabına əldə etdikdən sonra onlar haqqında əfsanələr, həqiqətdən uzaq yalanlar uydurmaq yolu ilə orada öz hökmranlıqlarını əbədiləşdirmək istəyirlər. Həmin faktların qaldırılması, Azərbaycanın o torpaqlardan imtina etmədiyini eşidəndə isə bu reallığı qorxu və təlaşla qəbul edirlər.

Müstəqil Azərbaycan dövlətinin prezidenti Ali Baş komandan İlham Əliyev  öz mövqeyini və qəti iradəsini nümayiş etdirərək ermənilərin işğalçı simasını dünyaya sübut edir. Artıq dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən Azərbaycan torpaqlarının xeyli hissəsinin ermənilər tərəfindən zəbt etməsi faktını qəbul edirlər. Lakin,  onların çoxunun Qarabağ probleminə qərəzli yanaşması, ədalətin bərqərar olunması yolunda ardıcıl olmamaları üzündən işğal reallığı davam edir. Azərbaycan dövləti öz mövqeyində qətidir və öz torpaqlarını bütün vasitələrlə azad etməyə hazırdır.

Sonda tələbələr Tarixi qələbəmizin çox yaxında olduğunu və Ali Baş komandanın əmrini gözlədiklərini söyləyiblər.