XƏBƏRLƏR

“Aprel döyüşlərində informasiya savaşı” mövzusunda tədbir keçirilib

10 aprel, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Filologiya və Jurnalistika fakültəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Çərkəz qızı Qurbanlının təşəbbüsü ilə “Aprel döyüşlərində informasiya savaşı” mövzusunda tədbir keçirilib.

Tədbirdə tələbələr, kafedra müdirləri, müəllimlər, Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov iştirak ediblər.

Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən, Yeniçağ.az saytının redaktoru Səxavət Məmməd, “Xəzər xəbər”in redaktoru və aparıcısı Aqşin Kamal Aprel döyüşləri ərəfəsində qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatlarından söhbət açıblar.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırılıb.