XƏBƏRLƏR

ADU-da “Azərbaycan naminə” filminin nümayişi keçirilib

09 aprel, 2019

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  münasibəti ilə “Azərbaycan naminə” filminin nümayişi keçirilib.

Tədbirdə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, kafedranın  müəllimləri - Təranə Quluzadə, Rəna Rəcəbli, Günay Feyziyeva, almaniyaşünaslıq, amerikaşünaslıq və israilşünaslıq ixtisasında təhsil alan I kurs tələbələri iştirak ediblər.

Filmin nümayişindən sonra ulu öndər Heydər Əliyevin tərcümeyi halı, təhsili, siyasi fəaliyyəti, Sovet Azərbaycanının lideri olarkən Azərbaycan üçün xidmətləri, müstəqil Azərbaycanın prezidenti olarkən Azərbaycanın iqtisadi inkişafı, dünya dövlətləri ilə Azərbaycan Respublikasının əlaqələrinin yaranması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər haqqında tələbələrə suallar verilib və tələbələr həmin sualları cavablandırıb.