XƏBƏRLƏR

Hindi dili və mədəniyyəti mərkəzi seminar keçirib

09 aprel, 2019

Hindi dili və mədəniyyəti mərkəzi tərəfindən “Quru Nanakın fəlsəfəsi” adlı seminar  keçirilib.

Seminarda Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli “Hindistan fəlsəfəsi” haqda mühazirə ilə çıxış edib. Mühazirədə qədim hind fəlsəfəsinin meydana gəlməsi və inkişaf yolu işıqlandırılıb. Mühazirəçi Hindistanın qədim veda mədəniyyəti, veda dili və veda dini haqda geniş məlumat verib.

Sonra Dr. Rupali Sinha Sikhizm dininin banisi Quru Nanak haqda mühazirə oxuyub. O, bildirib ki, Quru Nanak heç bir dini ayrı-seçkilik qoymadan hər kəsin Allah tərəfindən yaradıldığını deyirdi. Quru Nanakın banisi olduğu sikhizm dini cərəyanına ibadət edən insanların toplandığı “Golden temple” (qızıl məbəddə) də hər gün minlərlə insan pulsuz yemək yeyir.

Daha sonra hindi dili və mədəniyyəti mərkəzində fəaliyyət göstərən “Sanqat klabın”  üzvü Gülcan və hindistanşünaslıqda təhsil alan Rəşid Tağıyev mühazirə ilə çıxış edərək slaydlar nümayiş etdiriblər.  Seminarın sonunda  Beynəlxalq şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva mərkəzin fəaliyyəti haqqında müsbət  fikirlərini bildirib.

  हिंदी  भाषा एवं भारतीय  संस्कृति केंद्र  द्वारा  “गुरु  नानक  का दर्शन”  नामक  गोष्ठी आयोजित की गई । गोष्ठी के आरंभ में विदेश भाषाएँ विभाग की प्रध्यापिका सेवदा अबुज़रली ने “भारतीय दर्शन ” के बारे में भाषण  की प्रस्तुति की । अपने व्याख्यान में प्राचीन हिंदू दर्शन का उद्भव और विकास, भारत की प्राचीन वैदिक संस्कृति, वैदिक भाषा एवं वैदिक धर्म के बारे  विस्तृत सुनाया गया  । इस के बाद  ड्र. रूपाली सिन्हा ने सीख धर्म के संस्थापक गुरु नानक के बारे में भाषण दिया । उन्होंने अपने व्याख्यान में कहा कि गुरु नानक कह रहे थे कि किसी धर्म में फर्क  नहीं रखना चाहिये, क्योंकि सब को एक ही भगवान ने बनाया है । सीख धर्म के लोग “गोल्डेन टेम्प्ल ” में इकट्ठे होते हैं , और उस मंदिर में हज़ारों लोग नि:शुल्क खाना ग्रहण  करते हैं । हिंदी भाषा एवं भारतीय केंद्र के “संगत क्लब ” की  सदस्य गुल्जान और भारतविद्याविद संकाय का छात्र राशीद तगीयेव ने भाषण देकर  विदेओ स्लाय्द दिखाया । गोष्ठी  क अंत में अंतर्राष्ट्रीय  विभाग  की निदेशिका ड्र. फिआला अब्दुल्लयेवा  ने भारतीय केंद्र की गतिविधि  के बारे में सकारात्मक विचार सुनाए । गोष्ठी सफलतापूर्वक समाप्त  हुई ।