XƏBƏRLƏR

ADU-da "Total imla” adlı beynəlxalq aksiya keçiriləcək - ELAN

09 aprel, 2019

13 aprel 2019 – cu  il tarixində 15:00 – da Azərbaycan Dillər Universitetində Azərbaycanda Rossotrudniçestvonun və Rusiyaşünaslıq ETL – in birgə təşkil etdiyi “Total imla” adlı beynəlxalq aksiya keçiriləcəkdir. “Total imla”  - yaşından, millətindən, təhsil səviyyəsindən və sosial vəziyyətindən asılı olmayan şəxslər üçün hər il keçirilən təhsil aksiyasıdır. Bu aksiya 2004–cü ildən etibarən keçirilir. 2018–ci ildə “Total imla”nı 76 ölkənin nümayəndəsi yazıb.Xarici ölkələrdə isə  bu aksiyaya  təxminən  27 min iştirakçı qatılıb. Maraqlanan tələbələr iştirak edə bilərlər.

Hörmətlə:                  Rusiyaşünaslıq ETL-in müdiri

                                   prof. M.A. Əliyev