XƏBƏRLƏR

Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ADU-nu sərgidə uğurla təmsil edib

09 aprel, 2019

Fransız-Azərbaycan Universitetində (UFAZ) Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə II Frankofon Universitet Sərgisi keçirilib.

Forumu giriş sözü ilə açan Fransanın Azərbaycandakı səfiri Orelia Buşez forumun keçirilməsi üçün göstərilən dəstəyə görə Moldaviya, Macarıstan, Ruminiya səfirliklərinə, Təhsil Nazirliyinə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə  və tədbirdə iştirak edən fransızdilli universitetlərin təmsilçilərinə sərginin təşkilində göstərdikləri dəstəyə görə öz minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanov fransız dilinin tədris olunduğu universitetlər arasında Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin fransız dilinin tədrisində inkişafyönümlü fəaliyyətlərindən və hər iki universitetdə fəaliyyət göstərən fransızdilli mərkəzlərin fransız dilinin inkişafında müstəsna rolundan bəhs edib.

Bundan başqa,  forumda  Azərbaycan Dillər Universitetinin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin mütəxəssisi Jalə Salmanova Azərbaycan Dillər Universitetinin və mərkəzin 25 dəqiqə ərzində təqdimatını edib. O, öz çıxışında Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən fakültələrdə fransız dilinin tədrisindən, xüsusilə ən böyük fakültəsi olan Təhsil fakültəsində  fransızdilli tələbələrin sayının ildən ilə artmasından və tələbələrin bu sahədə uğurlarından bəhs edib, hələ 1998-ci ildən ölkəmizdə Fransanın nüfuzlu Universitetləri (Strasbourg Universiteti) ilə ilk əlaqələri yaradan məhz Azərbaycan Dillər Universitetinin olduğunu vurğulayıb.  O, eyni zamanda ölkəmizdə Beynəlxalq Frankofoniya Universitet Agentliyinə ilk və yeganə üzv olan universitetin Azərbaycan Dillər Universiteti olduğunu, Universitetin rektoru akademik Kamal Abdullayevin dəstəyi sayəsində bu təşkilatın imkanları ilə xaricdə təhsil alan tələbələrimizdən, fransızdilli ölkələrdən dəvət olunmuş müəllimlərin iştirakı ilə universitetin müəllimləri üçün təşkil olunmuş təlimlərdən və ümumilikdə Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin tələbələrimiz üçün fransız dillinin inkişafı üçün göstərdiyi fəaliyyətlərindən danışıb.

Forumda Fransa və fransızdilli ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin stendləri arasında Azərbaycan Dillər Universitetinin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi də təmsil olunub.   

Qeyd etmək istərdik ki, I Frankofon Universitet sərgisi 12 aprel 2018-ci il tarixində  Azərbaycan Dillər Universitetində təşkil olunub.

Le Centre de la Francophonie et de la langue et culture française de l’ULA a été représenté au Salon Universitaire Francophone de Bakou (SUF) à l’initiative de l’Ambassade de France en Azerbaïdjan 7 avril 2019.

À l’ouverture du Salon, l'ambassadrice de France en Azerbaïdjan, Aurélie Bouchez, a remercié les ambassades de Moldavie, de Hongrie et de Roumanie, le ministère de l'Education, la délégation de l'Union européenne en Azerbaïdjan et les représentants des universités francophones pour leurs soutiens et  ainsi que leurs participations  à l'événement.

Firudin Gourbanov, vice-ministre de l'Education de la République d'Azerbaïdjan, a parlé  des activités de développement de l'Université des Langues d’Azerbaïdjan et de  l’Université Slave de Bakou et  du rôle exceptionnel des centres francophones des deux universités dans la promotion des atouts de la langue française.

En outre, Jala Salmanova, spécialiste du Centre a fait la présentation de l'Université des Langues d'Azerbaïdjan. Dans son discours, elle a parlé de l'enseignement du français dans  tous les départements de l'ULA, du nombre d'étudiants francophones, du succès des étudiants dans ce domaine et a souligné que l’Université des Langues d'Azerbaïdjan a signé le premier contrat  en 1998 avec les universités les plus influentes de France (Université de Strasbourg). Elle a également noté que l’ULA est le  premier et unique membre de l’Agence universitaire de la Francophonie, que les étudiants ayant étudié à l'étranger avec le soutien de Monsieur le  Recteur de l'ULA  Kamal Abdoullayev, les formations organisées pour les professeurs de l'Université en présence des formateurs  invités des pays francophones, et les activités du Centre pour le développement de la langue française. Parmi les stands des ambassades et des universités des pays francophones,  le Centre de la Francophonie et de la langue et culture française de l’ULA a été bien représenté avec son stand.