XƏBƏRLƏR

Rumıniyanın Baş nazirinin müavinindən təşəkkür məktubu

05 aprel, 2019

Rumıniyanın Baş nazirinin müavini Ana Birçal Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya Rumıniya ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığın 10 illiyinə həsr olunan konfransa ADU-nun ev sahibliyi etdiyi üçün təşəkkür məktubu ünvanlayıb: “Bunu vurğulamaq mənim üçün xoşdur ki, ADU hər iki ölkədə ikitərəfli əlaqələrimizin vacib dönüş nöqtəsində keçiriləcək bir sıra ildönümü tədbirlərinin başlanğıcını qoymuşdur”.

Məktubda Ana Birçal Rumın dili və mədəniyyəti mərkəzinin ADU-da açılmasına verdiyi dəstək üçün Kamal Abdullaya minnətdarlığını ifadə edib: “Bu, ölkələrimiz arasında səmərəli əməkdaşlığın, eləcə də daha yaxşı qarşılıqlı anlaşmaya töhfənin bariz sübutudur. Mən inanıram ki, xüsusilə gənc nəsillərimiz arasında əlaqələr bizim gələcək strateji əməkdaşlığımıza qoyulan investisiyadır”.

Rumıniyanın Baş nazirinin müavini hazırkı və gələcək bütün birgə layihələr daxil olmaqla Azərbaycan və Rumıniya arasında təhsil sahəsində əməkdaşlığa dəstək verəcəyini bildirib.