XƏBƏRLƏR

ADU tələbələri Şəhidlər xiyabanını ziyarət edib

04 aprel, 2019

03.04.2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Çərkəz qızı Qurbanlı Aprel döyüşlərinin III ildönümü ilə əlaqədar olaraq Filologiya və jurnalistika fakültəsinin jurnalistika ixtisasında təhsil alan II kurs tələbələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib. Tələbələr Qarabağ və 20 Yanvar şəhidlərini yad edərək onların məzarları üzərinə qərənfillər qoyublar. Tələbələr Nərgiz Çərkəz qızı Qurbanlının şəhid qardaşı Elçin Çərkəz oğlu Qurbanlının da məzarını ziyarət ediblər.

Allah bütün şəhidlərə rəhmət eləsin!