XƏBƏRLƏR

ADU-nun İtalyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib

03 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib. 

Mərkəzin rəhbəri Nərgiz Cəfərova İtalyan mərkəzinin 2009-cu ildə açıldığını deyərək, mərkəzin fəaliyyəti haqqında məlumat verib. Mərkəzin zəngin kitabxanaya malik olduğunu bildirən Nərgiz Cəfərova keçirilən tədbirlər, dəvət olunan italiyalı qonaqlar barədə də danışıb. O, ötən il ADU ilə İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universiteti arasında anlaşma memorandumunun imzalandığını da diqqətə çatdırıb.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitetin və təmsil olunan ölkələrin təbliğ edilməsi üçün 15-dən çox dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. İtalyan mərkəzinin öz fəaliyyəti ilə nümunəvi mərkəz olduğunu deyən prorektor növbəti illərdə də mərkəzin uğurlarının daha geniş vüsət almasını arzulayıb.

İtalyanın Azərbaycandakı səfirinin müavini Umberto Boyeri tədbirdə iştirak etməkdən qürurlu olduğunu bildirib. İtalyan dili mərkəzinin Azərbaycanda italyan dilinin tədrisi üçün istinad mərkəzinin olduğunu deyən U.Boyeri mərkəzin iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə töhfə verdiyini qeyd edib. İtalyan dilini öyrənən tələbələrin də böyük əhəmiyyət daşıdıqlarını deyən səfir müavini italyan dilinin tədrisinin səfirlik üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, həmçinin səfirliyin təhsil sahəsində gələcək planlarından da söz açıb.

Bakı-Neapol Assosiasiyasının Azərbaycan üzrə vitse-prezidenti Elnur Camalxanov təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verib. O, həmçinin ADU ilə birgə İtaliyanın Şərqşünaslıq Universitetində Azərbaycan dili mərkəzinin yaradılmasının görülən uğurlu işlərdən olduğunu deyib.

Sonra İtalyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova Bakı-Neapol Assosiyasiyasının dostluq medalı ilə təltif olunub.

Mərkəzin əməkdaşlıq etdiyi İtalyanın dil mərkəzləri və təşkilatlarının rəhbərlərinin video-təbrikləri göstərilib.

Daha sonra Tərcümə fakültəsinin tələbələrinin ifasında mahnı və rəqslər nümayiş olunub, İtaliyanın görməli yerləri və tanınmış şəxslərinin əks olunduğu rəsm əsərlərinin sərgisi keçirilib.

Tədbirdən sonra İtaliyanın milli mətbəxinin təamlarının dadına baxılıb. 

Si è tenuto l'evento in occasione del decimo anniversario del Centro Italiano presso l`Università di Lingue dell`Azerbaigian

Svoltosi l’evento in occasione  del decimo anniversario dell’istituzione del Centro di italiano presso l’Università di  lingue dell’Azerbaigian. La direttrice del Centro, la professoressa Nargiz Jafarova, ha informato che il Centro italiano è stato aperto nel 2009 e descrivendo le  sue  attività.  Nargiz Jafarova parlando  della ricca  biblioteca del  Centro  ha descritto anche gli eventi organizzati e gli ospiti italiani ospitati dal Centro. Inoltre, la direttrice ha anche informato che l’anno scorso è stato firmato un Memorandum d’Intesa tra l’Università di Lingue di Baku e l’Università  “L’Orientale”  di Napoli.

 Il prof. Afgan Abdullayev, vice-rettore per l’istruzione dell’Università, ha dichiarato che oltre 15 lingue e numerosi centri culturali sono attivi per promuovere l’università nei vari paesi rappresentati. Il professore ha ribadito che il Centro italiano è un esempio con la  sua attività augurando nuovi successi del centro nei prossimi anni.

Il capo missione italiano in Azerbaigian Umberto Boeri  ha portato i suoi saluti e la sua felicità nel partecipare all’evento. Notando che il centro di lingua italiana è un punto di riferimento per l’insegnamento della lingua italiana in Azerbaigian, Boeri ha ribadito che il centro contribuisce allo sviluppo delle relazioni tra i due paesi. Parlando dell’importanza degli studenti che apprendono la lingua italiana, il capo missione ha notato che l’insegnamento della lingua italiana è una priorità per l’ambasciata, descrivendo le iniziative future dell’Ambasciata.

 Il vicepresidente dell’Associazione Baku-Napoli Elnur Camalkhanov ha informato sulle attività  e i progetti  realizzati dall’associazione. İl vicepresidente ha ribadito che l’istituzione del centro linguistico dell’Azerbaigian presso l’Università “L’Orientale” di Napoli con la collaborazione dell’Università di Lingue dell’Azerbaigian è stato un successo.

Successivamente, la direttrice del centro di italiano Nargiz Jafarova è stata premiata con la “medaglia dell’amicizia” dell’Associazione Baku-Napoli. Sono stati visionati anche numerosi video di saluti da parte di altri centri culturali, associazioni e istituti che collaborano con il Centro di Italiano dell’Azerbaigian. In conclusione dell’evento, si sono esibiti alcuni studenti con canzoni e danze, si è svolta una mostra di arte degli studenti azerbaigiani e di alcuni artisti italiani e sono stati degustati prodotti tipici della tradizione culinaria italiana.