XƏBƏRLƏR

Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzinin tədbirləri - ELAN

02 aprel, 2019

Əziz dostlar!

Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzi frankofoniya həftələri çərçivəsində aşağıdakı tədbirləri həyata keçirməyi nəzərdə tutur:

  1. Sərgi

7 aprel, saat 11:00-dan 17:45-dək Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın Azərbaycanda səfirliyinin təşkilatçılığı ilə II Frankofon Universitet Sərgisi təşkil olunacaq. Sərgidə Avropanın və digər frankofon ölkələrin nüfuzlu universitetləri təmsil olunacaq. Bu sərgidə Azərbaycan Dillər Universitetinin Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzinin təqdimatı nəzərdə tutulur.

  1. Mühazirə

11 aprel, saat 11:00-da  Azərbaycan Dillər Universitetin Təbriz korpusunun akt zalında Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzi, Meksikanın Azərbaycandakı səfirliyi və İspan dili mərkəzinin təşkilatçılığı ilə “Fransız dili və Meksika ədəbiyyatı” adlı mühazirə təşkil olunacaq. Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rodriqo Labardininin Meksikanın üç böyük yazıçısı Karlos Fuentesin, Alfonso Reyesin, Oktavio Pasın əsərlərində fransız dilinin əhəmiyyəti mövzusunda mühazirə söyləyəcək. Tədbir zamanı universitetimin fransız və ispandilli tələbələri tərəfindən həmin şairlərin əsərlərindən parçalar təqdim olunacaq.

  1. İntellektual yarış

17 aprel, saat 14:00-da Azərbaycan Dillər Universitetinin Təbriz korpusunda Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzi bütün fakültələrin tələbələrinin iştirakı ilə “Que sais-je” – “Mən nə bilirəm?”  adlı intellektual yarış təşkil edir.

Frankofoniya və fransız dili və mədəniyyəti mərkəzi hər birinizi tədbirlərdə aktiv iştirak etməyə dəvət edir!