“Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçiriləcək
14 may, 2019
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Nəsimi və intibah ideyaları” mövzusunda
Respublika elmi konfransı
11 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Nəsimi və İntibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır: 1.Nəsimi və müasirləri 2.Nəsimi və bəşəri ideyalar 3.Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində Sizi bu konfransda iştiraka dəvət edirik. Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus. Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap ediləcəkdir. Məruzələrin son göndərilmə tarixi: 25 iyun 2019-cu il Məruzələrin tərtibinə qoyulan tələblər:- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
- məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
- məruzə elektron və ya kağız variantda təqdim olunmalıdır;
- 25 iyundan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı | |
Təmsil etdiyi müəssisə, şəhər | |
Telefon nömrəsi, elektron ünvanı |