“Gələcəyə bir addım” adlı psixoloji seminar başa çatıb
29 mart, 2019
Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gələcəyə bir addım” adlı psixoloji seminar başa çatıb.
THİK-in sədr müavini Günay İbrahimovanın ideya müəllifi olduğu layihədə seminarın təlimçisi Bakı Dövlət Universitetinin müəllimi, kliniki psixoloq Sona Davudova mövzu ətrafında məruzə ilə çıxış edib, tələbələrin suallarını cavablandırıb, psixoloji gərginlik, stress, həyəcan, ümidsizlik kimi amillərdən qorunma yollarını açıqlayıb.
Bir ay müddətində baş tutan seminarda ADU tələbələri ilə yanaşı BDU, ADMİU, ADA, ARPDİA və BSU tələbələri də iştirak edib.
Sonda tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması məqsədi ilə keçirilən seminarın əhəmiyyətindən danışılıb.