XƏBƏRLƏR

Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin uğuru

27 mart, 2019

Azərbaycan Dillər Universiteti 21 may 2015–ci ildən “Frankofoniya Univeritet Agentliyi (Agence Universitaire de la Fancophonie)” təşkilatına  üzvdür. Təşkilata dünyanın 817 universiteti və elmi tədqiqat institutları üzvdür.  (https://www.auf.org/) . Azərbaycandan isə  üzv olan ilk və yeganə universitet Azərbaycan Dillər Universitetidir. FUA beynəlxalq təşkilatdır və bu təşkilatın əsas məqsədi fransızdilli universitetlərin müəllim və tələbə heyətinin mobilliyini təmin etmək və gücləndirməkdir.

Qeyd etmək istərdik ki, təşkilata üzv olduğumuz gündən bəri universitetimizin tələbə və müəllimləri  mübadilə proqramlarından bəhrələnərək ölkəmizi dünyanın nüfuzlu universitetlərində təmsil ediblər. FUA-nın maliyyə dəstəyi ilə dəfələrlə təşkil olunan təlimlərdə universitetimizin fransız dili müəllimləri  iştirak etmiş və beynəlxalq sertifikatlara yiyələnmişdilər.

Hər il olduğu kimi bu ildə II kurs magistr və 4 kurs fransız dilində bakalavr təhsili alan 5 tələbəmiz FUA-nın “2019 Xaricdə peşəkar təcrübə” proqramında iştirak edib.

Mərkəzi və Şərqi Avropa dövlətlərinin fransızdilli universitetləri daxil olmaqla ümumilikdə 64 tələbənin iştirak etdiyi müsabiqədə 27 təcrübəçi/tələbə bütün sınaqlardan uğurla keçərək fransızdilli ölkələrdə pedaqoji təcrübə keçmək şansı əldə ediblər. Sevindirici haldır ki, ən yüksək nəticə göstərən 7 tələbədən ikisi Azərbaycan Dillər Universitetinin magistr II kurs tələbələri Aysel Həsənova Fransanın Montpellier şəhərində, Elnurə Məmmədova Fransanın Ruan şəhərində  2 aylıq təcrübə proqramını qazanaraq digər rəqiblərini geridə qoymağı bacarıblar.  Ümid edirik ki, hər il olduğu kimi bu il də seçilən tələbələrimiz universitetimizi və ölkəmizi layiqincə təmsil edəcəklər və əldə etdikləri təcrübələr gələcək peşəkar kariyeralarında mühüm rol oynayacaq.

Qeyd edək ki, FUA–ın dəstəyi ilə 2017–ci ildən ADU–nun 8 tələbəsi Fransada pedaqoji təcrübələrini  keçiblər.

Biz də öz növbəmizdə bu kimi layihələrdə iştirak etmək üçün hər zaman müəllimlərin, tələbələrin eləcə də peşəkar həyata ilk addımlarını atan gənc kadrların ideyalarını dəstəkləyən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya öz təşəkkürümüzü bildiririk.

https://www.auf.org/europe-centrale-orientale/nouvelles/actualites/mobilites-de-stage-professionnel-2019-resultats-de-selection/?fbclid=IwAR3T4F3RQdtwVVBNS2rQOj1SlIqEzAd4QqxNjQyEGwD0YC_WQqkZo_K0-40 Jalə Salmanova Frankofoniya, fransız dili və mədəniyyəti  mərkəzinin mütəxəssisi