XƏBƏRLƏR

Rektor “Nəsimi və intibah ideyaları” konfransının keçirilməsi haqqında əmr imzalayıb

19 mart, 2019

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında əmr imzalayıb.

Əmrdə qeyd edilir ki, 11 oktyabr 2019-cu il tarixində “Nəsimi və intibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçirilsin. Konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaradılıb:

 
İmanov M.K. – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik, sədr
Əliyeva H.Ə. –ADU-nun elmi katibi, f.e.d., dosent, sədr müavini
Bayramov Q.H. –“Tərcümə araşdırmaları” ETL-in müdiri, professor, üzv
Kərimli T.H. – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik, üzv
Kunina İ.A. – “Multikulturalizm” ETL-in müdiri, dosent, üzv
Mehdi N.M. – Azərbaycanşünaslıq ETL-in əməkdaşı, professor, üzv
Məmmədov E.A. –Baş mühasib, üzv
Nağısoylu M.Z. – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, üzv
Rüstəmov A.İ. –“Azərbaycanşünaslıq” ETL-in müdiri, t.f.d., üzv
Sabitova A.Z. –Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor, üzv
Zeynalova S.S. –İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, f.e.d., dosent, üzv
Zeynallı C.A. –Sayt şöbəsinin müdiri, üzv
Zərbəliyev H.M. –Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri, professor, üzv
  Daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmələri, onların elmi səviyyəsinə diqqət yetirmələri, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmələri, həmçinin konfrans zamanı seçilmiş, yüksək elmi tutumlu məruzələrin universitetdə nəşr olunan elmi jurnallarda dərc olunmasının tövsiyə edilməsi təşkilat komitəsinə tapşırılıb. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayevə həvalə edilib.