XƏBƏRLƏR

Rektor Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri ilə görüşüb

15 mart, 2019

Martın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla qrafik üzrə universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri ilə görüşüb.

Rektor tələbələri görməkdən məmnunluğunu ifadə edib. Tələbələrlə görüşlərin mütəmadi olaraq təşkil olunduğunu diqqətə çatdıran Kamal Abdulla Filologiya və jurnalistika, Təhsil fakültəsinin tələbələri ilə görüşlərin keçirildiyini bildirib:

“Hesab edirəm ki, universitetin rektoru tələbələrlə sıx əlaqədə olmalıdır. Burada münasibətlər təmiz və şəffaf şəkildə, birbaşa rektorla əlaqə şəklində həyata keçməlidir. Mənə görə tələbəylə ünsiyyət faktiki olaraq eyni zamanda onun müəllimi ilə ünsiyyət deməkdir, eyni zaamanda kafedra ilə ünsiyyət deməkdir, eyni zamanda dekanlıqla ünsiyyət deməkdir. Yəni sizinlə bizim kontaktımız faktiki olaraq fakültə ilə kontakt kimi qəbul edilə bilər”.

Universitet rəhbəri bu görüşlərin keçirilməsinin böyük xeyri olduğunu qeyd edib və tələbələri mövcud olan problemləri açıq şəkildə deməyə səsləyib.

Görüş sualların səsləndirilməsi ilə davam edib. Sonda təkliflər səsləndirilib.

Qeyd edək ki, tələbələrlə görüşlərin keçirilməsinin məqsədi onların arzu-niyyətlərini öyrənmək, tələbənin hüququ və məsuliyyəti ilə bağlı müzakirə aparmaqdır.