XƏBƏRLƏR

Ağdam rayon məktəbində "Nəsimi ili" çərçivəsində tədbir keçirilib

14 mart, 2019

Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində "Nəsimi ili" çərçivəsində tədbir keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) metodist və təcrübəçi tələbələri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Ölkəmizin hər yerində 650 illiyi qeyd olunan böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında maraqlı məlumat verilib, onun məşhur qəzəl və rübailərindən nümunələr Azərbaycan muğamları altında sagirdlər tərəfindən gözəl avazla söylənilib.

Tədbirin hazırlanmasında xüsusi rolu olan Vüsalə Mustafayeva sözü ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, metodist Mirsadiq Cəfərova verib. O, böyük şairin qəzəllərindəki xüsusi məqamların bu gün də öz aktuallığını saxladığını deyib. Daha sonra söz məktəbin direktor müavini Tahir Nağıyevə və məktəbin aparıcı müəllimi Famil Əsədova verilib. Onların hər ikisi tədbirin hazırlanmasında fəal iştirak edən müəllim və şagirdlərə öz dərin minnətdarlıqlarını ifadə ediblər.