“Müasir elmin fəlsəfəsi” mövzusunda dəyirmi masa keçiriləcək
14 mart, 2019
Hörmətli ADU əməkdaşları!
28 mart 2019-cu il tarixində saat 14:00-da “Heydər Əliyev lektoriyasında” “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Məruzəçi Fəlsəfə və Hüquq İnstitutunun direktoru fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadədir.
Sizi tədbirdə iştirak etməyə dəvət edirik.