XƏBƏRLƏR

“Sinxron və yazılı tərcüməçilər üçün təcrübəyə əsaslanan tərcümə seminarı” keçirilib

14 mart, 2019

Azərbaycan Dillər Universitetində “Sinxron və yazılı tərcüməçilər üçün təcrübəyə əsaslanan tərcümə seminarı” keçirilib. On günlük seminar Alman oxu zalında Bakıdakı Höte mərkəzinin maliyyə dəstəyi, Alman oxu zalının təşkilatçılığı ilə baş tutub.

Seminarı Almaniyadan ölkəmizə gələn tərcüməçi Flora Renner keçirib.

Dərslər tərcümə sahəsində Alman dili ilə bağlı fənnləri tədris edən və elmi işlə məşğul olan Alman dili müəllimləri, tərcüməçilər üçün nəzərdə tutulub.