XƏBƏRLƏR

“Azərbaycan filmlərində Novruz adət-ənənələrinin təzahürü” tədbiri keçirilib

14 mart, 2019

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyevanın rəhbərliyi və iştirakı ilə müəllimlər Rəna Rəcəbli və Kəmalə Qurbanlının təqdimatında “Azərbaycan filmlərində Novruz adət-ənənələrinin təzahürü” adlı tədbir keçirilib.

Əvvəlcə dosent Sevdagül Əliyeva tədbir iştirakçılarına Azərbaycan kino sənətindən bəhs edib, ilk səsli kino olan “Mavi dəniz sahilində” filmi haqqında məlumat verib. Bununla yanaşı 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramı haqqında danışıb.

Sonra kafedranın baş müəllimi Rəna Rəcəbli “Dəli Kür” filmində, Kəmalə Qurbanlı isə “Yeddi oğul istərəm” filmində əks olunan Novruz adət-ənənələri haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Filmlərin çəkildiyi illərə uyğun olaraq, xronoloji ardıcıllıqla “Qızıl uçurum” filmi və “Bahar əyləncələri” adlı cizgi filmindəki Novruz bayramı atributları Sevdagül Əliyeva tərəfindən tədbirdə iştirak edən müəllim və tələbələrin  nəzərinə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar Novruz bayramında süfrələri bəzəyən şirniyyat və təamlara qonaq edilib.