XƏBƏRLƏR

ADU tələbələrinin “Nəsimi ili” ilə bağlı tədbiri maraqla qarşılanıb

13 mart, 2019

Martın 13-də Yasamal rayonu 13 nömrəli tam orta məktəbdə Azərbaycan Dillər Universitetinin təcrübəçi tələbələri tərəfindən tədbir keçirilib. Filologiya və Jurnalistika fakültəsinin 4-cü kurs  441 c tələbəsi Cahangirli Cahangir təhkim olunduğu 7c sinfində İmadəddin Nəsimi mövzusunda maraqlı dərs keçib.

Ölkə prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində bu tədbir şagirdlər tərəfindən töhfə olub.

Nəsimi yaradıcılığı ilə bağlı diskussiyalar, səhnəciklər və şairin qəzəlləri ilə çıxış edən şagirdlər fəallıq nümayiş etdiriblər.

Sonda təcrübə rəhbəri dosent Sofiya Mirzəyeva tədbirə görə şagirdlərə və tələbələrə minnətdarlığını bildirib.

Eyni zamanda tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivinin nümayəndələri öz fikirlərini xoş sözlərlə bildiriblər.