XƏBƏRLƏR

ADU-nun əməkdaşları Ağdam məktəbində tədbir keçiriblər 

12 mart, 2019
Mingəçevir şəhərində yerləşən Ağdam rayon 47 saylı köçkün tam orta məktəbində "İngilis dilli ölkələr" adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri, təcrübəçi tələbələr, yuxarı sinif şagirdləri iştirak ediblər. ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi, metodist Mirsadiq Cəfərov giriş sözü ilə ingilis dilli ölkələr barədə ümumi məlumat verib. Daha sonra təcrübəçi tələbə Diana Məmmədova tədbiri davam edərək sözü fəal şagirdlərə verib. Onlar qeyd edilən tədbir haqqında hazırladıqları materialları iştirakçılarin nəzərinə çatdırıblar. Sonda ingilis dilli ölkələri əks etdirən videoçarx nümayiş olunub. İştirakçılar belə bir tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.