ADU əməkdaşları Ağdam məktəbində Çinə həsr olunan tədbir keçirib
11 mart, 2019

Bərdə rayon Ağdam 1 nömrəli məcburi köçkün tam orta məktəbində ADU-nun xəlifələri ilə birgə "Çinə məhəbbətlə" adlı tədbir keçirilib.
Tədbiri təcrübəçilərin metodisti Akif Qasımov açıq elan edib. Məktəbin direktoru Çimnaz Kərimova gələn qonaqları və şagirdləri salamlayaraq, ADU-nun tələbələrinin məktəbdə təcrübə keçməsindən məmnun olduğunu və gələn tələbələrin məktəbin ab-havasını müsbət mənada dəyişdirdiklərini vurğulayıb.
Mərasimdə Çinlə bağlı viktorina keçirilib, fəal şagirdlər ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutundan gətirilən hədiyyələrlə mükafatlandırılıb.
Daha sonra repressiya qurbanlarının həyat yoldaşlarından söhbət açılaraq, Azərbaycan qadının dözümlülüyü, səxavəti və məhəbbətindən danışılıb.







