XƏBƏRLƏR

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası təqdimat keçirib

07 mart, 2019

ADU-nun Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında “Sağlam həyat tərzinin hepatitlərin və digər daxili xəstəliklərin yaranmasında rolu”  mövzusunda təqdimat keçirilib. Təqdimat Hind Klinikasının göndərdiyi məktuba əsasən, klinikanın əməkdaşları və kafedra üzvləri ilə birgə baş tutub.

Kafedra müdiri dos.Sevda Zamanova qeyd edib ki, kafedra tədris ili ərzində bu səpkidə olan silsilə tədbirlər keçirir.

Məqsəd adı çəkilən klinikanın əməkdaşlarının hazırladıqları təqdimatı tələbələrə çatdırmaqdır. Bu səpkidə keçirilən tədbirlər tələbələrimizin maarifləndirilməsində böyük rol oynayır. Tədbirdə klinikanın direktoru dr. Ronald D.Mello, dr. Rajani Chandra-D.Mello və həkim koordinator Səfadə Tağıyeva çıxış ediblər.

Təqdimatda Təhsil fakültəsində çalışan kafedra müdirləri, dekan muavinləri, Təhsil fakültəsinin 3-cü kurs tələbələri və kafedranın əməkdaşları iştirak ediblər.

Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, klinikanın gətirdiyi müxtəlif infeksion xəstəliklərə dair bukletlər paylanılıb.

Sonda kafedra müdiri dos.S.X.Zamanova klinikanın rəhbəri dr.Ronald D.Mello tədbirin keçirilməsi üçün şərait yaratdıqlarına görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.