XƏBƏRLƏR

Pedaqogika kafedrası qadınlara həsr olunan seminar keçirib

07 mart, 2019

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında “Təhsilin inkişafında Azərbaycan qadınlarının rolu” mövzusunda seminar keçirilib. Tədbirdə dünya mədəniyyətinə, təhsilə, təlim-tərbiyə prosesinə öz töhfələrini verən Azərbaycan qadınları, xüsusilə də qadın pedaqoqların fədakar xidmətləri haqqında geniş məlumat verilib.

Çıxış edən kafedra müdiri dosent Nigar Zeynalova müasir cəmiyyətdə qadınların rolu, onlara dövlət qayğısı haqqında danışıb.

Dosent V.Bəşirov çıxışında seminarın əhəmiyyətini yüksək qiymətləndirib, qadınların respublikada gedən proseslərdə fəal mövqeyinin gücləndiyini vurğulayıb.