ADU-nun əməkdaşı Qış Məktəbinin tələbələrinə mühazirə oxuyub
06 mart, 2019

Bakı Beynəlxalq Multikuluralizm Mərkəzi tərəfindən VIII Beynəlxalq Qış Məktəbi təşkil edilib. 19 ölkədən 26 tələbə Azərbaycanın Quba və Qusar rayonlarında yaşayan insanların gündəlik həyatı ilə yaxından tanış olublar.
Azərbaycan Dillər Universitetinin Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Musayeva Qış Məktəbinin tələbələrinə multikulturalizmin ədəbi-bədii qaynaqları haqqında mühazirə oxuyub.
Xüsusilə, görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin yaradıcılığında multikulturalizm aspektləri haqqında geniş məlumat verib.







