XƏBƏRLƏR

Pedaqoji təcrübəyə aparan yol

05 mart, 2019

Müəllimlik sənəti və müəllim nüfuzu şəxsiyyətin formalaşmağında böyük rol oynayır. Bu yönümdən tələbənin ali məktəb həyatında əlamətdar hadisə sayılan pedaqoji təcrübə dövrünün böyük əhəmiyyəti vardır.

Azərbaycan Dillər Universiteti üzrə 2018-2019-cu tədris ilində təşkil olunan pedaqoji təcrübə prosesi Bakı şəhərinin ayrı-ayrı məktəblərində sistemli şəkildə aparılır. Təhsil fakültəsinin 4-cü kurs 401a,401 qrup tələbələri də  ənənəvi pedaqoji təcrübəni Bakı şəhərinin Nərimanov rayonundakı Milli Qəhrəman Alı Mustafayev adına 202 nömrəli məktəbdə keçirir.

Pedaqoji təcrübənin uğurlu və səmərəli zəmində qurulması üçün müvafiq proqramlar, dərsliklər, dərs vəsaitləri qabaqcadan komplekləşdirilib. Pedaqoji təcrübə gündəliyi xüsusən tələbələrin əməli-praktik fəaliyyətinə yüksək təsir bağışlayır. Onlar dərslərdə müşahidə aparır, onları birgə müzakirə edir, alınan uğurlu və uğursuz nəticələri kollektiv müzakirə edirlər.

Pedaqoji təcrübənin aparılmasına həm universitet üzrə, həm də məktəb üzrə fəaliyyətin planlı, məqsədyönlü, mütəşəkkil fəaliyyət əsasında təşkilinə ciddi fikir verilir. Bu işlərin görülməsində əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov, metodist Gözəl Məmmədova, pedaqoq Vidadi Bəşirov, psixoloq Fərhadlı Satibə təcrübə ilə əlaqədar öz nəzəri-metodik tövsiyələrini mütəmadi olaraq verirlər.

Təcrübəçi tələbələrdən Qafarova Ləman,Məhərrəmova Gülanə, Namazova Selcan, Kərimova Asya, İsrafilova Çinarə, Əmiraslanova Mətanət, Cəbrayılova Mehriban, Nadirli Rəxşəndə, Mahmudova Nurlanə, Seyidova Fatma, Məmmədova Aysel də pedaqoji təcrübə prosesini yüksək səy və uğurla davam etdirirlər.