XƏBƏRLƏR

ADU tələbələri Ağdam məktəbində tədbir keçiriblər

02 mart, 2019

Bərdə rayon 1 nömrəli Ağdam məcburi köçkün tam orta məktəbində ADU-nun təcrübəçiləri tərəfindən "Ana dilimizin saflığını qoruyaq" şüarı ilə tədbir keçirilib. Tədbirdə ADU-nun metodika kafedrasının əməkdaşları da iştirak edib. 10-cu siniflər tərəfindən S.Vurğunun "Vaqif" dramından bir parça səhnələşdirilib. Həmçinin şagirdlər və tələbələr tərəfindən M.Arazın, Z.Yaqubun, T.Bayramın, R.Behrudinin şeirləri səsləndirilib. 7-ci sinif şagirdləri tərəfindən hazırlanan "Şirin dil" mahnısı və dilin qorunması ilə bağlı səhnəcik də təqdim olunub. Tədbirin gedişində 9cu sinif şagirdləri "Qarabağ şikəstəsi"ni ifa ediblər. Tədbirdə dilimizdə varvarizmlərinin coxluğundan bəhs edildikdən sonra 2-ci sinif şagirdləri Mədinə və Gülay bu mövzu ilə bağlı şeirlər səsləndiriblər. Tədbirdə metodist Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Akif Qasımov olub.