XƏBƏRLƏR

ADU-da “1 Mart Beynəlxalq Mülki müdafiə günüdür” adlı tədbir keçirilib

02 mart, 2019

1 mart 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə “1 Mart Beynəlxalq Mülki müdafiə günüdür” adlı tədbir keçirilib.

İlk öncə S.Zamanova çıxış edərək tədbirin ənənəvi xarakter daşıdığını və hər il Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə keçirildiyini bildirib. O, tədbirin əhəmiyyətindən və təşkilatın yaranma tarixindən də söz açıb.

FHN-in Sumqayıt regional Mərkəzinin rəis müavini polkovnik Qüdrət Ağayev bu sahədə dövlət tərəfindən aparılan işlərin əhəmiyyətini vurğulayıb.

 ADU-nun rektor məsləhətçisi Anar Osmanlı tədbirin təqdirəlayiq olmasından, tələbələrin bu sahədə bilik və bacarıqlarından söz açıb və gələn qonaqlara öz minnətdarlığını ifadə edib.

Sonra kafedranın baş müəllimi Sevda Musayevanın 326qrup tələbələri ilə hazırladıqları fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair səhnəcik nümayiş olunub və iştirakçılar tərəfindən alqışlanıb. Qonaqların gətirdiyi əyani vəsaitlər isə tələbələrə geyindirilərək göstərilib.

Sonda S.Zamanova universitet rəhbərliyinə, qonaqlara və tədbirin təşkil edilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirdə FHN-in bir sıra əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak edib.