XƏBƏRLƏR

“Mübariz olaq!” adlı müştərək dərs keçirilib

01 mart, 2019

01.03.2019-cu il tarixində Azərbaycan ədəbiyyatı kafedrasının müəllimləri f.f.d., m. Nuridə Muxtarzadə və f.f.d., dos. Nurlanə Mustafayevanın birgə təşkilatçılığı ilə “Mübariz olaq!” adlı müştərək dərsi keçirilmişdir.  Dərs zamanı milli azadlıq, milli dirçəliş və milli ruhun canlanması şüarı ilə düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid, mərd oğullarımızdan, milli qəhrəmanlarımızdan bəhs olundu. Azərbaycanın dövlət himni ilə tədbiri açan müəllimlər tələbələrə tarixin qan yaddaşı olan 1918-ci il 31 mart soyqırımı, 1990-cı il 20 yanvar faciəsi, 1992-ci il Xocalı soyqırımı haqqında da məlumat verdilər. Dərs tələbələrin çıxışlarının slaydlarla təqdimatı ilə davam etdi. Ali baş komandan cənab İlham Əliyevin dövlətimizlə bağlı apardığı müstəqil siyasət və bu siyasətin mərkəzində duran Azərbaycan xalqının maraqlarının dayanması kimi məqamlar vurğulandı.

Sonda gələcəyin parlaq nümunəsi olan bugünkü gənclərin üzərinə düşən mühüm vəzifələrdən biri Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli şəkildə davam etdirilərək, müstəqil Azərbaycan dövləti naminə həmişə mübariz olmağı tövsiyə edən müəllimlər, Ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur!” sözləri ilə dərsi yekunlaşdırdılar.