ADU tələbələri Yasamal məktəbində Xocalı faciəsini yad ediblər
28 fevral, 2019
Azərbaycan Dillər Universitetinin tələbələri pedaqoji təcrübədə olduqları Yasamal rayonu M.Müşfiq adına 18 №-li tam orta məktəbin sinif şagirdləri ilə Xocalı faciəsini yad ediblər. 9ç və 7ç sinif şagirdləri ilə birgə hazırlanan sınaq dərsdə metodist Yaqut Əliyeva, pedaqoq Oqtay Abbasov və psixoloq Könül Babayeva iştirak edib.
Yaqut Əliyeva çıxışında qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Daha sonra pedaqoq Oqtay Abbasov çıxışı davam etdirib. Təcrübəçi tələbələrdən Zərifə Cəfərova Xocalı faciəsi barədə fikirlərini söyləyib və sınaq dərsini açıq elan edib. Sinif şagirdləri Nicat, Nihat, Elmar, Rəsul, Cəfər, Mədinə, Yusif bu qətliam haqqında bildiklərini auditoriyaya təqdim edib.