DİQQƏT! ELAN
27 fevral, 2019
25-26 oktyabr 2018-ci il tarixlərində ADU-da keçirilmiş “Tətbiqi dilçiliyin müasir problemləri” adlı beynəlxalq konfransın iştirakçılarının nəzərinə!
Təşkilat komitəsi ilə beynəlxalq nəşriyyat evi “Vernon Press” arasında konfransımızın seçilmiş tezislərindən ibarət məqalələr toplusu çap etmək üçün müqavilə bağlanılıb.
Toplunun redaktorları Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovski və ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovdur.
Məqaləsinin bu topluda çap olunmasını arzu edən konfrans iştirakçıları Elmi əməkdaşlıq şöbəsi ilə əlaqə saxlasınlar.