XƏBƏRLƏR

Təhsil fakültəsinin dekanlığı, professor-müəllim heyəti və tələbələri adından başsağlığı

26 fevral, 2019

ADU-nun Təhsil fakültəsinin ali təhsilin balakvriat səviyyəsinin Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə əyani şöbəsinin I il, 103b qrup tələbəsi Camalova Aytən Hikmət qızı 26.02.2019-cu il tarixində yaşadığı mənzildə dəm qazından boğularaq vəfat etmişdir.

Camalova Aytən Hikmət qızı 26.10.2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Məharət Məmmədov adına Humanitar təmayüllü məktəb-liseyi əla qiymətlərlə bitirmişdir. O, DİM-in 08/Q saylı 04.09.2018-ci il tarixli əmrinə əsasən 622 bal toplayaraq ADU-nun I kursuna qəbul olmuşdur. Camalova Aytən Hikmət qızının 2018-2019-cu tədris ilinin I semestri üzrə akademik göstəriciləri yüksək olmuşdur (83.5).

Təhsil fakültəsinin dekanlığı, professor-müəllim heyəti və tələbələri adından mərhumun valideynlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyirik!

Allah rəhmət etsin! Amin!