XƏBƏRLƏR

Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirilib

26 fevral, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirilib.

Görüşdə fakültənin dekanı vəzifəsini müvəqqəti icra edən Aygün Yusifova və orta məktəblərlə əlaqə və istehsalat təcrübəsi üzrə dekan müavini Afət Namətova, o cümlədən fakültənin tyutorları Aynurə Cəbiyeva, Sevinc Hüseynzadə, Gülşən Mehdiyeva iştirak edib.

 Görüş zamanı tədris prosesi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, tədris planı, tədris proqramları, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin davamiyyəti, nizam-intizam, pedaqoji və istehsalat təcrübəsi, təqaüdlərin verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə tələbələrin dil vərdişləri, dərslik təminatı, keçdikləri fənlər və müəllimlərlə bağlı fikir və təklifləri dinlənilib.

Görüş müzakirələrlə yekunlaşıb.