XƏBƏRLƏR

ADU-da ilk dərslər Xocalı soyqırımına həsr olunub

26 fevral, 2019

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. .

Ali təhsil müəssisəsində birinci və ikinci növbənin ilk dərslərində müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

Dərslərdə Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub, tələbələrin iştirakı ilə müzakirələr aparılıb.

Qeyd edək ki, universitetdə Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar universitet kollektivi “Ana harayı” abidə kompleksini ziyarət edirlər.