XƏBƏRLƏR

Təhsil fakültəsinin dekanı Essex qrupları ilə görüşüb

26 fevral, 2019

Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov hər kurs üzrə təhsil alan Essex qrup tələbələri ilə görüşüb. Görüşdə kafedra müdirləri, qrup tyutorları və dekan müavinləri də iştirak edib.

Tələbələr müxtəlif məsələlərlə bağlı öz təklif və iradlarını bildirib, dekanla birlikdə bu mövzular haqqında müzakirələr aparıblar. Xüsusilə Essex 6 qrup tələbələri son kurs olduqları üçün universitet rəhbərliyinə, dekana və kollektivə təşəkkürlərini bildiriblər.

Görüşdə kafedra müdirləri də aktual olan mövzulara münasibətlərini bildirərək öz tövsiyyələrini veriblər.