XƏBƏRLƏR

Linqvokulturologiya kafedrasının əməkdaşları Hüseyn Cavidə həsr olunan tədbir keçirib

25 fevral, 2019

Bərdə rayonunun Ağdam 1 nömrəli məcburi köçkün tam orta məktəbində Azərbaycan Dillər Universitetinin Lingvokulturologiya kafedrasının əməkdaşları tərəfindən tədbir keçirilib.

Mərasim Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi dramaturqumuz Hüseyn Cavidə həsr olunub. Tədbirdə professor Məsməxanım Qazıyeva, baş müəllimlər Gülnarə Məlikova, Səidə Orucova, Elnarə Həsənquliyeva çıxış edərək Hüseyn Cavidin həyat və yaradıcılığından söhbət açıblar.

Pedaqoji təcrübə keçmək üçün könüllü olan tələbələrin metodisti Akif Qasımov da H.Cavid haqqında düşüncələrini şagirdlərlə bölüşüb.

Həmçinin şagirdlər arasında kiçik bir viktorina keçirilərək qaliblər mükafatlandırılıb.

Şahmar Əkbərzadənin Hüseyn Cavidin ömür-gün yoldaşı Müşkinaz xanım həsr etdiyi "Yas içində toy" şeiri səsləndirildikdən sonra tədbir sona yetib.