XƏBƏRLƏR

ADU-da “Əsgər papağı” adlı tamaşa səhnələşdirilib

25 fevral, 2019

Azərbaycan Dillər Universitetində (ADU)  Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi dramaturq Enurə Abdullayevanın “Əsgər papağı” tamaşasını səhnələşdirib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, tamaşa universitetlə Şuşa Dövlət Musiqili Dram Teatrı ilə anlaşma əsasında təqdim olunur. Onun sözlərinə görə, səhnələşdirilən əsər universitetdə Xocalı soyqırımı ilə bağlı keçirilən silsilə tədbirlərdən biridir.

Daha sonra tamaşa nümayiş olunub.

Qeyd edək ki, səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.