XƏBƏRLƏR

ADU tələbələri Kəlbəcər 1 nömrəli orta məktəbdə pedaqoji təcrübədə olublar

22 fevral, 2019

Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələrinin pedaqoji təcrübəsi çərçivəsində Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyevin rəhbərliyi ilə Gəncə şəhəri, Kəlbəcər rayonu 1 nömrəli orta məktəbdə açılış keçirilib.

Müştərək olaraq 7a sinfində ingilis dili dərsi metodist Tofiq Quliyev və müəllim Şaiq Əhmədov tərəfindən aparılıb. Dərs ruh yüksəkliyi ilə qarşılanıb, şagirdlər ADU tələbələrinin təcrübəsindən məmnun qalıblar.