XƏBƏRLƏR

ADU-da İtaliyada təhsil haqqında tədbir keçirilib

22 fevral, 2019

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) 3 saylı Tədris binasında İtaliyada təhsil haqqında tədbir keçirilib. Tədbir ADU-nun İtalyan mərkəzi ilə "Go and Study və Centro İtaliano Baku"nun birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə Romanın La Sapienza, Venesiyanın Ca' Foscari, Genuya, Pisa və Messina kimi tanınmış İtaliya universitetlərinin 10 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Hər bir nümayəndə təmsil etdiyi universitet ve təhsil imkanları, eyni zamanda təqaüd proqramlar haqqında tələbələrə geniş məlumat veriblər. Tədbirdə İtalyan dili ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı digər dillər üzrə təhsil alan tələbələr də iştirak ediblər. Seminarın sonunda nümayəndə heyətinin üzvləri tələbələri maraqlandıran suallara cavab veriblər.