“HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası” II Beynəlxalq konfransında iştirak QAYDALARI
25 fevral, 2019
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası”
II Beynəlxalq elmi konfrans
Konfrans 6-7 may 2019-cu il tarixlərində keçiriləcəkdir. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:- Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm,
- Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu,
- Müasir beynəlxalq münasibətlər və multikulturalizm,
- Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu.
- müəllifin (müəlliflərin) adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- məruzənin adı – 14 pt, tünd rənglə, ortadan;
- tezislərin həcmi 3 səhifəyə qədər, formatı A4 olmalı, səhifələr nömrələnməməlidir;
- mətn Times New Roman şrifti ilə, 12 pt, yuxarıdan – 3 sm, aşağıdan, soldan və sağdan – 2 sm, sətirlərarası məsafə (interval) –1,5 sm tələbləri gözlənilməklə tərtib edilir;
- açar sözlər (3-5 söz, məruzə tezislərinin yazıldığı dildə) – 12 pt, tünd rənglə,
- ədəbiyyata istinadlar aşağıdakı şəkildə verilir: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
- tezislər elektron variantda təqdim olunmalıdır;
- tezislərin son təqdimetmə müddəti 8 aprel tarixinə qədərdir.
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı | |
Təmsil etdiyi müəssisə, ölkə, şəhər | |
Telefon nömrəsi, Elektron ünvanı |