ADU-nun tələbəsinin təşəkkür məktubu president.az saytında yayımlanıb

Bu günlərdə ali təhsil sahəsində təqaüd sisteminin təkmilləşdirilməsinə dair Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə bakalavriatura, magistratura və doktoranturada təhsil alan insanların ailə şəraitini, ümumi güzəranını yaxşılaşdırmaq istiqamətində çox ciddi və mühüm addımlar atılıb.
Siz tələbələrə olan diqqət və qayğınızı dəfələrlə nümayiş etdirmisiniz. Bu, bizi sevindirir, ruhlandırır, ilhamlandırır. Tələbələrin təqaüdləri ilə bağlı imzaladığınız sərəncamlar hər bir tələbənin, hər bir ailənin sevincinə səbəb olub.
Azərbaycan xalqının rifahının yüksəlməsinə, gənclərin karyeralarının uğurlu inkişafına yönələn addımlarınız Sizin müdrik siyasətinizi təcəssüm etdirir. Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız, yanında olmusunuz və olacaqsınız. Buna tam səmimiyyətimlə inanıram. Sevincimiz böyükdür. Biz tələbələrə olan diqqətiniz Azərbaycanın sabahı, gələcəyi olan gənclərin daha da sağlam mühitdə formalaşmasına, inkişaf etməsinə inamımızı daha da artırır.