Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının uğurları

Hal-hazırda dövlətlərin təhsil sahəsində əməkdaşlığı, xüsusilə də Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələri ən vacib sahələrdən biri sayılır. Bu gün Azərbaycan postsovet məkanında rus dilinin millətlərarası ünsiyyət dili kimi qoruyub saxlayan və rus dilində təhsilin dinamik inkişafını davam etdirən az sayda ölkələrdən biridir. Bunun növbəti sübutu olan Azərbaycan Dillər Universitetinin rektoru, akademik K.M.Abdullayevin təşəbbüsü ilə 2017-ci ildə yaradılmış Rusiya üzrə araşdırmalar aparan Rusiyaşünaslıq elmi- tədqiqat laboratoriyasıdır.
Laboratoriyanın yaradılmasının məqsədi Rusiya Federasiyasının təhsil, elm və mədəniyyət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək, müqaviləli münasibətlər çərçivəsində ixtisaslaşmış Rusiya universitetləri və strukturları ilə əməkdaşlıq etməkdir.
Qısa müddət ərzində Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası bir çox elmi, təhsil və mədəni tədbirlər keçirmişdir. Elmi-tədqiqat laboratoriyasının fəaliyyətinin prioritet istiqamətlərindən sayılan ixtisaslaşmış təhsil müəssisələri ilə müqavilə çərçivəsində, eləcə də Rusiya Federasiyası, Belarusiya və Ukraynanın elmi və mədəniyyət qurumları ilə qarşılıqlı maraq doğuran, bu ölkələrin təhsil və elmi sistemlərinin yaxınlaşmasını, təcrübə mübadiləsini və inteqrasiyasını təşviq edən əməkdaşlığın təmin etməyini və inkişafını qeyd etmək lazımdır. Bu əməkdaşlıq çərçivəsində, ilk növbədə, Azərbaycan Dillər Universiteti və Moskva Dövlət Linqvistik Universiteti, Rusiyanın Birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universiteti Samara filialı, Minsk Dövlət Linqvistik Universiteti və Kiyev Dövlət Linqvistik Universitetləri arasında beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqələr haqqında müqavilələr bağlanmışdır.
Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının əsas vəzifələrindən biri - müxtəlif ölkələrin xarici dillər institutları ilə yanaşı müvafiq kafedralarla əlaqələr qurmaqdır. Belə ki, məsələn, Moskva Dövlət Linqvistik Universitetində Moris Toreza adına Xarici Dillər İnstitutu fəaliyyət göstərir. O, sovet dövrünün ən tanınmış xarici dillər institutudur ki, qərb dilləri sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayıb və bu gün də hazırlamaqda davam edir. Bu gün ADU və MDLU arasında əməkdaşlıq müqaviləsi imzalanıb ki, onunda predmetini ixtisas artırılması, xarici dillərin yeni tədris metodları ilə tanış olmaq, həmçinin elmi əməkdaşlıq məsələləri təşkil edir. Bu məsələ Azərbaycan Dillər Universiteti və Rusiyanın, Ukraynanın, Belarusiyanın müxtəlif universitetləri arasında bağlanmış müqavilələrdə öz əksini tapıb.
İxtisas artırılması proqramı çərçivəsində 2018-ci ildə Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dillər Universitetinin bir qrup müəllimin ingilis dilinin aktual problemlərinin tədrisinin metodikasi sayəsində təcrübə keçməsi, bir qrup rusiya müəllimlərin, xüsusilə, Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının müəllimləri tərəfindən sertifikat verilməklə elmi seminarları , Beynəlxalq Könüllü Proqramının "Rus dilinin səfirləri"nin dərslərində ADU müəllimlərinin iştirakı, Aleksandr Soljenitsın adına “Dom Russkoqo Zarubejya” nümayəndələri ilə görüşü, Xaricdə MDB işləri üzrə Federal Agentliyin və Azərbaycanda Rossotrudniçestvonun müntəzəm keçirilən tədbirləri həyata keçmişdir.
Həmçinin, partnyor universitetlərdə “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinin yaradılması prosesi həyata keçir ki, buda eyni zamanda, xarici həmkarlarımızdan yararlanıb mədəniyyətimizi qoruyub saxlayır, inkişaf etdirir və təşviq edirik.
Bu gün Rusiyaşünaslıq ETL Rusiya (MDLU, Moskva Şəhər Pedaqoji Universiteti Samara filialı və s.) və Türkiyə (Ərzurum Universiteti, Ərciyəs Universiteti) universitetləri arasında əlaqələndirən element kimi çıxış edir. Bu Rusiyaşünaslıq ETL–nın fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Rusiyaşünaslıq elmi–tədqiqat laboratoriyasının əməkdaşları, mütəmadi olaraq, Rusiya Federasiyası, Belarus Respublikası və həmçinin, Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrində keçirilən beynəlxalq elmi və praktik konfranslarda iştirak edirlər.
Buna da xüsusi diqqət yetirmək lazımdır ki, Rusiyaşünaslıq ETL öz fəaliyyəti çərçivəsində Azərbaycan və xarici ölkələrin siyasi elitanın nümayəndələrinin iştirakı ilə müntəzəm olaraq dəyirmi masalar keçirir. Burada Azərbaycan Respublikasının Milli Məclisinin və Rusiya Federasiyasının Dövlət Dumasının millət vəkillərinin iştirakı ilə Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masanın keçirilməsinidə qeyd etmək lazımdır.
Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri həm də Rusiyanı təkcə Rusiyada deyil, həmçinin xarici ölkələrdə tədqiq edən elmi–tədqiqat laboratoriyaları ilə qarşılıqlı əlaqələr qurmaq, beynəlxalq elmi layihələrdə və qrantlarda iştirak etmək, eləcə də "Xarici rusiyaşünaslıq" fəninin tədqiqatını aparmaq və onu inkişaf elətdirməkdir ki, bu da elmi tədqiqat və təhsil prosesinin yeni bir istiqaməti sayılır.
Gələcəkdə Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası Rusiyanın tarixi, antropologiyası, mədəniyyəti, dini, siyasəti və hüququ ilə bağlı beynəlxalq konfransların təşkilatçılarından biri olacaqdır.
Laboratoriya Rusiyadakı Azərbaycan diasporu və Azərbaycandakı Rus icması ilə əməkdaşlıq etməyi nəzərdə tutur. Laboratoriyanın qarşısında duran vəzifələr çox əhəmiyyətlidir və onun uğurlu fəaliyyəti Azərbaycanın akademik və siyasi həyatı üçün çox vacibdir.













