XƏBƏRLƏR

“Mübariz İbrahimov gənclərimizə bariz nümunədir” adlı esse müsabiqəsinin nəticələri elan olunub

15 fevral, 2019

Təlimdə innovasiyalar kafedrasının Təhsil fakültəsinin 4-cü kurs tələbələri arasında təşkil etdiyi esse müsabiqəsinin nəticələri elan olunub.

Milli qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunan esse müsabiqəsində 11 nəfər tələbə iştirak edib. Onlar “Mübariz İbrahimov gənclərimizə bariz nümunədir” adlı esse müsabiqəsində milli qəhrəmanın Vətənə, valideynlərinə olan sevgisi ilə gənclərə örnək olmasından yazıblar, onu özlərinə ideal bir vətəndaş hesab etdiklərini vurğulayıblar.

Müsabiqənin nəticəsinə görə 407a qrup tələbəsi Səfərova Fəridə 1-ci yeri, 429b qrup tələbələri Hüseynova Leyla 2-ci yeri, Xıdırov Eldar 3-cü yeri tutublar. Qaliblər mükafat və sertifikatlarla təltif olunublar. Digər 8 tələbəyə isə iştirakçı sertifikatı təqdim olunub.