ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

Fevralın 8-də Azərbaycan Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Adil Babayev, kafedranın dosentləri Sevinc Musayeva və Yeganə Hacıyeva, universitetin müəllimi Aynur Səfərli Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbində müəllim və şagirdlərə Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri haqqında və dilimizin yad təsirlərdən qorunması mövzusunda mühazirə oxuyublar.
Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru G.Babaşova məktəb kollektivi və rəhbərliyi adından Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya keçirilmiş maraqlı və maarifləndirici görüşə dəstək verdiyi, eyni zamanda tanınmış professor və alim heyətini yaxından tanımaq şansı yaratdığı üçün təşəkkür məktubu ünvanlayıb və bu kimi görüşlərin davamlı olmasını arzulayıb.