XƏBƏRLƏR

Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə təlim keçirilib

13 fevral, 2019

Fevralın 12-də Azərbaycan Dillər Universitetində Amerikanın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva əməkdaşlar, doktorantlar və gənc tədqiqatçılara “Beynəlxalq elmi jurnallar üçün məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda təlim keçib. Təlim Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə baş tutub.

İştirakçılar “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar əldə ediblər.

Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.