XƏBƏRLƏR

ADU-da "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" təlimi keçiriləcək

06 fevral, 2019

Hörmətli həmkarlar!

Sizi Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, lingvistika üzrə fəlsəfə doktoru Lera Kurmakaeva keçirəcəyi "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" adlı təlimə dəvət edirik. Təlim zamanı iştirakçılar “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  məlumatlar əldə edəcəklər. Təlim 2 saat müddətində rus və ingilis dillərində aparılacaqdır. Zaman: 12 fevral, saat 11:00

Məkan: Azərbaycan Dillər Universiteti, Amerika mərkəzi