“Tərcümə problemləri” elmi konfransında iştirak üçün ŞƏRTLƏR
30 yanvar, 2019
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Tərcümə problemləri” mövzusunda Respublika
elmi konfransı
15 mart 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Tərcümə problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:- Sahələr üzrə tərcümə
- Tərcümədə İKT – dən istifadə yolları
- Bədii tərcümənin problemləri
- Tərcümənin tədrisi
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
- tezislərin həcmi – 300-350 söz, format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- tezislər Times New Roman şrifti, 12 pt ilə;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir , ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
- tezislər elektron və ya kağız variantda təqdim olunmalıdır;
- 1 martdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı | |
Təmsil etdiyi müəssisə, şəhər | |
Telefon nömrəsi, elektron ünvanı |