XƏBƏRLƏR

Frankofoniya Universitet Təşkilatı təcrübə proqramı elan edib

29 yanvar, 2019

Beynəlxalq Frankofoniya Universitet Təşkilatı IV kurs bakalavr və II kurs magistr tələbələri üçün peşəkar təcrübə proqramı elan edib. Proqram 1-3 ay olmaqla fransızdilli ölkələrin biri üçün nəzərdə tutulub.

Şərtlərə əsasən təcrübə proqramında Azərbaycan Dillər Universitetinin dil səviyyələri B1-dən aşağı olmayan və semestr qiymətləri «yaxşı» və «əla» olan IV kurs bakalavr, II kurs magistratura pilləsində fransız dilində təhsil alan tələbələr iştirak edə bilərlər.

İştirakçılar proqramın qeydiyyat şərtlərinə uyğun olaraq əvvəlcə təcrübə keçəcəkləri yeri özləri tapdıqdan sonra təqaüd üçün müraciət edə bilərlər.

Təcrübə proqramı müddətində nəqliyyat, tibbi sığorta və digər aylıq ödənişlər FÜA (AUF) tərəfindən ödənilir.

Qeydiyyat üçün son tarix 10 mart 2019-cu il tarixinə qədərdir.

Proqramla və onlayn qeydiyyatla bağlı ətraflı məlumat əldə etmək istəyən tələbələr aşağıdakı linkə daxil ola bilərlər:

https://goo.gl/wYmL3T