XƏBƏRLƏR

ADU-da Çin kağız kəsmə sənəti üzrə master-klass keçirilib

23 yanvar, 2019

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutundaÇin dili kurslarının balaca məktəblilər qrupu üçün “Jianzhi” kağızı nümunələrini kəsmək sənəti üzrə master-klass keçirilib. Uşaqlar bu sənət üçün lazım olan əzm və səbrləri inkişaf etdirməklə sadə “Jianzhi” fiqurlarını kəsməyi həvəslə öyrəniblər. Məktəblilər mükafat olaraq öz əlləri ilə hazırlanan mükəmməl bəzək əldə ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi  "Jianzhi" UNESCO-nun Dünya Mədəni İrsinə daşınan Çin ənənəvi xalq sənəti və dekorativ-tətbiqi sənətkarlıq növlərindən biridir. Kağızdan kəsim nümunələri lap qədimdən Çində Şimal xanlığı dövründə yaranıb, bizim eranın 8-9-cu əsrlərində "Jianzhi" Qərbi Asiyada yayılıb, 16-cı əsrdə isə bu incəsənət Türkiyədə meydana çıxıb. "Jianzhi"-nın mövzusu çox müxtəlifdir: bəzəklər, ekzotik çiçəklər və heyvanlar, Çin heroqlifləri, klassik romandan qəhrəmanlar, Peking operasının maskaları, Çin bürcün simvolları. Ən ümumi istiqaməti isə "Jianzhi" – Çin yeni ili-Bahar bayramı ərəfəsində evlərin pəncərələrini bəzəyən "pəncərə çiçəyi" dir.