Dil və Tərcümə Xidmətləri Mərkəzi təlim iştirakçılarına sertifikat verib
22 yanvar, 2019
Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzində "Akademik yazı və oxu I" təlimində iştirak edən müəllimlər rəsmi sertifikatla təltif ediliblər.
Təlimdə iştirakçılar peşəkarlıq sahəsində biliklərini artırırlar.
Eyni zamanda, "Akademik yazı və oxu" təlimi müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir. Belə ki, təlim asan yazı nümunələri – paraqraf, onun quruluşu, əsas və yekun cümlələrin düzgün yazılması, müxtəlif paraqraf nümunələrinin yazı qaydalarının tədrisini nəzərdə tutur.
Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların rəsmi sertifikat əldə etmək imkanıdır.